Ələt-Astara yolunda ağır qəza: 3 ölü
Ələt-Astara yolunun 35-ci kilometrliyində, Salyan rayonu ərazisində “Kamaz” markalı yük avtomobili ilə “Mercedes” markalı minik avtomobili toqquşub.
“Qafqazinfo”nun FHN-ə istinadən məlumatına görə, hadisə yerinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri “Mercedes” markalı avtomobildə sıxılmış vəziyyətdə qalan 1961-ci il təvəllüdlü Əliyev Sakit Davud oğlunun, 1994-cü il təvəllüdlü Sadıqova Xədicə Vüqar qızının və 1995-ci il təvəllüdlü Sadıqova Səbinə Vüqar qızının cəsədlərini çıxararaq aidiyyəti üzrə təhvil verib.
Əməliyyat saat 15:17-də başa çatıb.
Mənbə:> Qafqazinfo.az