Fətullah Gülən öldü xəbərinə açıqlama verildi
Bir müddətdir sosial şəbəkələrdə və bəzi xəbər saytlarında Fətullah Gülənin ölməsi barədə yayılan xəbərlərə aydınlıq gətirilib. ANS PRESS-in məlumatına görə, Fətullah Gülənin ən yaxınında olan şəxslərdən biri – Orhan Şimşək “Fətullah Gülən öldümü?” sualına twitter səhifəsində cavab verib. Orhan Şimşək Gülənin ölmədiyini, onun səhhətinin yerində olduğunu qeyd edib.
Qeyd edək ki, ötən həftə sonu Ömər Adıyaman adlı jurnalist Fətullah Gülənin ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsində yatdığını və hətta öldüyünü iddia etmişdi. Bu iddia ancaq ötən gün Orhan Şimşək tərəfindən təkzib edilib.
Mənbə:> ANSPRESS