Rusiyanın şərqi silkələndi
Rusiyanın Kamçatka bölgəsində zəlzələ baş verib.
ANS PRESS-in məlumatına görə, Kamçatka sahillərində meydana gələn zəlzələ Rixter şkalası ilə 4.8 bal gücündə olub. Bu barədə ABŞ Geoloji Tədqiqat mərkəzi (USGS) xəbər yayıb.
Zəlzələnin episentri episentri Petropavlovsk-Kamçatkadan 153 km şimal-şərqdə, ocağı isə yerin 58.1 km dərinliyində yerləşib.
"Kamçatkadakı qəsəbələrin bir çoxunda zəlzələ hiss olunmayıb, xəsarət alan, dağıntı və sunami ilə bağlı təhlükə yoxdur", - deyə Rusiya FHN-i vurğulayıb.
Mənbə:> ANSPRESS