İndoneziya silkələndi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Dünya

İndoneziya silkələndi

İndoneziya silkələndi


İndoneziyanın cənubunda güclü yeraltı təkanlar qeydə alınıb.

ANS PRESS-in məlumatına görə, yeraltı təkanların episentri ölkənin cənubunda yerləşən Nusa-Tenqara əyalətinin Nebe qəsəbəsindən 132 kilometr məsafədə Flores dənizində meydana gəlib.

Amerika Birləşmiş Ştatları Geoloji Araşdırmalar Mərkəzinin (USGS) yaydığı açıqlamada yeraltı təkanların 7 bal gücündə, Yerin 552,3 kilometr dərinliyində baş verdiyi bildirilir.

Növbəti zəlzələ isə ilk güclü təkanlardan iki saat sonra 5,1 bal gücündə, Yerin 567 kilometr dərinliyində qeydə alınıb.

Yerli Seysmoloji Stansiyadan sunami təhlükəsinin olmadığı vurğulanıb.

Dağıntı və xəsarət alanlar barədə də heç bir məlumat verilmir.

Xatırladaq ki, 2004-cü il dekabrın 26-da İndoneziyada meydana gələn 9,1 bal gücündə zəlzələdən sonra güclü sunami yaranmış və 230 min insan dünyasını dəyişmişdi.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *