İranda zəlzələ baş verdi
İranın Sistan və Bellucistan əyalətinin liman şəhəri olan Çabaharda zəlzələ baş verib.
ANS PRESS-in məlumatına görə, Tehran universiteti Seismoloji araşdırma mərkəzi zəlzələnin 5.2 bal gücündə olduğunu açıqlayıb.
Yerin 10 km dərinliyində qeydə alınan yeraltı təkanların episentri Çabahar şəhəri olub.
Zəlzələ nəticəsində insan tələfatı və dağıntı qeydə alınmayıb.
Təxminən 30 saniyə davam edən zəlzələnin Pakistanın bəzi yerlərində də hiss edildiyi bildirilir.
Qeyd edək ki, iki gün əvvəl Çabaharda 5.3 bal gücündə daha bir zəlzələ baş vermişdi.
Mənbə:> ANSPRESS