Yaponiya silkələndi
Yaponiya sahillərindən cənub-şərqdə 5,6 bal gücündə zəlzələ baş verib.
ANS PRESS-in məlumatına görə, bu barədə ABŞ Geoloji xidməti (USGS) xəbər yayıb.
Titrəyişlər bazar günü UTC vaxtı ilə 23:25 (Bakı vaxtı ilə saat 04.25)-də baş verib.
Zəlzələnin episentri Hatidzedzima adasından 316 kilometr aralıdadır. Yeraltı təkanlar 18 kilometr dərinlikdə qeydə alınıb.
Zəlzələnin mümkün qurbanları və ya sunami təhlükəsinin olması barədə məlumat verilmir.
Mənbə:> ANSPRESS