Kolumbiyada güclü zəlzələ
Kolumbiyada baş verən zəlzələnin gücü 6,2 bal olub.
ANS PRESS-in məlumatına görə, Kolumbiyanın paytaxtı Baqotanın 280 kilometr şimalında güclü yeraltı təkanlar qeydə alınıb.
Bu barədə məlumat verən ABŞ Geoloji Tədqiqat mərkəzi (USGS) ziyan və xəsarətlər barədə məlumatın olmadığını bildirib.
Zəlzələnin episentri Aratoka şəhərindən 14 kilometr uzaqda, yerin 147,2 kilometr dərinliyində olub.
Yaxın məntəqələrdə və paytaxtda hiss olunan zəlzələ əhali arasında ciddi narahatlığa səbəb olub.
Mənbə:> ANSPRESS