8 martda bu ölkədə zəlzələ oldu
Sakit Okeanının Qərb sahilində yeraltı təkanlar qeydə alınıb.
ANS PRESS-in məlumatına görə, Papua-Yeni Qvineya sahillərində maqnitudası 6,0 bal gücündə olan zəlzələ baş verib.
Bu barədə ABŞ Geoloji Araşdırma Mərkəzinin (USGS) saytında bildirilir.
Yerli vaxtla saat 08:47-də (Bakı vaxtı ilə 02:47-də) qeydə alınan zəlzələnin episentri Yeni Britaniya adasının şimalındakı Kimbe şəhərindən 208 kilometr məsafədə, ocağı isə 23,4 kilometr dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə heç bir məlumat verilmir. Sunami təhlükəsi yoxdur.
Qeyd edək ki, Papua-Yeni Qvineya da yüksək seysmik fəallıq olan bir zonada yerləşir.
Mənbə:> ANSPRESS