İndoneziya yenə silkələndi
İndoneziyanın şimal sahillərində baş verən zəlzələnin gücü 5.8 bal olub.
ANS PRESS-in məlumatına görə, İndoneziyanın Moluk dənizi sahilində yeraltı təkanlar qeydə alınıb.
Bu barədə məlumat verən ABŞ Geoloji Tədqiqat mərkəzi (USGS) ziyan və xəsarətlər barədə məlumatın olmadığını bildirib.
Zəlzələnin episentri Tilamuta məntəqəsindən 40 kilometr uzaqda, dənizin 111 kilometr dərinliyində olub. Sahil məntəqələrdə hiss olunan zəlzələ əhali arasında ciddi narahatlığa səbəb olmayıb. İndoneziyanın Təbii fəlakətlər üzrə əlaqədar qurumu sunami təhlükəsinin olmadığını bildirib.
Bundan başqa, martın 18-də də eyniməntəqədə yeraltı təkanlar qeydə alınmış, zəlzələnin təsir gücü 6.6 bal olub.
Qeyd edək ki, 2004-cü ildə Hind okeanında baş verən zəlzələdən sonra güclü sunami dalğaları İndoneziyanın sahilboyu məntəqələrinə ciddi ziyan vurub. Həmin fəlakətdə 14 sahilyanı ölkədən 230 min insan həlak olub.
Mənbə:> ANSPRESS