Şəhərin ortasında atışma
Texas ştatının Dallas şəhər polis idarəsi hücuma məruz qalıb.
ANS PRESS-in məlumatına görə, polis tərəfindən mühasirəyə alınan avtomobil qarşılıqlı atışma nəticəsində sıradan çıxarılıb.
Polis rəisinin bildirib ki, avtomobildəki silahlı şəxs görünüb. Polis avtomobillərinin şüşələri güllərlərlə sındırılıb. Atışmadan 7 saat sonra avtomobildə sakitlik olub. Lakin silahlı şəxsin ölü və ya diri olduğu məlum olmayıb. Gözləmə avtomobildə partlayıcı qurğular olub-olmadığına görə davam etdirilib. Robotlar vasitəsi ilə polis idarəsi yaxınlığında zərərsizləşdirilməyə səy göstərilən vaxt bombalar işə düşüb.
Xəsarət alanlar barədə məlumat verilmir. Bir çox polis işçisinin ölümdən döndüyü deyilir. Silahlı şəxsin əvvəllər də məsuliyyətə cəlb olnduğu bildirilsə də, onun hər hansısa terror təşkilatı ilə əlaqəsinə dair məlumat verilməyib.
Mənbə:> ANSPRESS