Rusiyada azərbaycanlı öldü
Rusiyada azərbaycanlı gənc suda boğulub. ANS PRESS-in məlumatına görə, hadisəs Çelyabinsk vilayətində Şerşnevski su anbarında baş verib.
Məlumata görə, 23 yaşlı gənc dostları ilə anbarın kənarında istirahət edib. Bura ictimai çimərlikdən 100 metr aralı olub. Gənc qadağan edilən yerdə çimib. Sahildən 70 metr aralanan gənc suda batıb. Dostları dərhal hadisə yerinə xilasediciləri çağırıblar.
Xilasedicilən gölün ərazisini axtarsalarda heç nə tapa bilməyiblər. Axtarış iki gün davam edib.
Bu gün gəncin meyitini sudan çxıarmaq mümkün olub.
Mənbə:> ANSPRESS