Şri-Lankada terrorçunun özünü partlatmasının görüntüsü yayıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Dünya, Video

Şri-Lankada terrorçunun özünü partlatmasının görüntüsü yayıldı – VİDEO

Şri-Lankada terrorçunun özünü partlatmasının görüntüsü yayıldı


Şri-Lankanın “Colombo's Kingsbury Hotel” hotelində terrorçu-kamikadzenin özünü partlatmasının görüntüləri ortaya çıxıb.

Görüntülər “NBC News” telekanalı vasitəsilə yayımlanıb.

Videoda kişinin bel çantası ilə hotel nömrəsinə girməsi, daha sonra liftlə hotelin kafesinə enməsi və partlayışın baş vermə anı əks olunub.

Xatırladaq ki, aprelin 21-də Şri-Lankada silsilə terror aktları baş verib. İlkin məlumatlara görə, hadisə zamanı 253 nəfər ölüb, 500-dən çox insan yaralanıb.

Hücuma görə məsuliyyəti İŞİD terror təşkilatı üzərinə götürüb. Şri-Lanka hökuməti hücumun yerli ekstremist təşkilatlar tərəfindən törədildiyini açıqlayıb. Onlardan bəziləri bir ailənin üzvləri olublar.


Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *