“İmam Şamilin batalyonu” Peterburq terroruna görə məsuliyyəti öz üzərinə götürüb » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal, Dünya

“İmam Şamilin batalyonu” Peterburq terroruna görə məsuliyyəti öz üzərinə götürüb

“İmam Şamilin batalyonu” Peterburq terroruna görə məsuliyyəti öz üzərinə götürüb


Aprelin 3-də Rusiyanın Sankt-Peterburq şəhərinin metropolitenində törədilən terror aktına görə məsuliyyəti “Əl Qaidə” terror təşkilatı ilə əlaqəli qruplaşma öz üzərinə götürüb.

AzNews.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə terrorçuların fəaliyyətinin monitorinqini həyata keçirən “SITE Intelligence Group” təşkilatı məlumat yayıb.

Məlumata görə, terror aktına görə məsuliyyəti öz üzərinə “İmam Şamilin batalyonu” qruplaşması götürüb.

Qruplaşmanın iddiasına əsasən, metrodakı partlayış terrorçu Akbarjon Cəlilova göstərişlər verən “Əl Qaidə”nin başçısı Ayman Əl Zəvahiri tərəfindən planlaşdırılıb.

Xatırladaq ki, aprelin 3-də Sankt Peterburq metropolitenində törədilən partlayış nəticəsində 14 nəfər ölüb, 50-dən çox sərnişin yaralanıb. Faktla bağlı 10 nəfər həbs edilib.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *