PKK-ya yaxın qrup İstanbulda terror aktını görə məsuliyyəti öz üzərinə götürüb
PKK terror təşkilatına yaxın qruplardan biri olan “Kürdüstan Azadlıq Qırğıları” qrupu dekabrın 10-da İstanbulda törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.
Oxu.Az-ın verdiyi xəbərə görə, bu barədə Trend Milliyet qəzetinə istinadən məlumat verir.
Türkiyənin daxili işlər naziri Süleyman Soylu dekabrın 10-da axşam saatlarında İstanbulun mərkəzində törədilən terror aktı nəticəsində həlak olanların sayının 38-ə çatdığını bildirib.
Bu barədə Trend Anadolu agentliyinə istinadən xəbər verir.
Mənbə:> Oxu.Az