Pakistandakı partlayışın məsuliyyətini - “Taliban” öz üzərinə götürdü
Pakistanın Lahor şəhərində baş vermiş partlayışa görə məsuliyyəti "Taliban" hərəkatı ilə əlaqəli olan silahılar öz üzərinə götürüb.
Bu barədə Reuters agentliyi xəbər verib.
Terrorçu-kamikadze tərəfindən parkda törədilən partlayış nəticəsində 65 nəfər ölüb, 280 nəfər yaralanıb.
Ölənlərin əksəriyyətinin qadın və uşaqlar olduğu bildirilir.
Mənbə:> APA