İŞİD Misirdə kilsələrdə terror aktlarına görə məsuliyyəti üzərinə götürüb » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Kriminal, Dünya

İŞİD Misirdə kilsələrdə terror aktlarına görə məsuliyyəti üzərinə götürüb – YENİLƏNİB

İŞİD Misirdə kilsələrdə terror aktlarına görə məsuliyyəti üzərinə götürüb


Bu gün Misirdə kilsələrdə törədilən terror aktlarına görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.

AzNews.info APA-ya istinadən xəbər verir ki, bu barədə “Anba Masr” portalı İŞİD terror təşkilatının bəyanatına istinadən məlumat yayıb.

Qeyd edək ki, son məlumatlara əsasən bu gün Tanta şəhərində kilsədə törədilən partlayışda 30 nəfər, İsgəndəriyyədə kilsədə törədilən partlayışda isə 11 nəfər ölüb.

15:49

Bu gün Misirin İsgəndəriyyə şəhərində kilsədə törədilən partlayış nəticəsində 2 nəfər ölüb, 21 nəfər yaralanıb.

AzNews.info APA-ya istinadən xəbər verir ki, bu barədə Misirin “ON-TV” telekanalı məlumat yayıb.

Partlayış kilsənin qapısı qarşısında törədilib. Partlayış anında patriarx İkinci Teodor da kilsədə olub, ancaq xəsarət almayıb.

İlkin məlumata görə, partlayışı terrorçu-kamikadze törədib. Partlayış zamanı bir polis zabitinin şəhid olduğu bildirilir. O terrorçu-kamikadzenin kilsəyə daxil olmasının qarşısını alan zamanı həlak olub.

Qeyd edək ki, bu gün səhər Misirin Tanta şəhərində kilsədə güclü partlayış törədilib, nəticədə 30 nəfər ölüb. Daha sonra Misir Daxili İşlər Nazirliyinin Tanta şəhərindəki təlim mərkəzində də partlayış törədilib.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *