İŞİD Londondakı terror aktına görə məsuliyyəti üzərinə götürüb
“İslam dövləti” terror təşkilatı Londondakı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Reuters nəşri yaraqlıların Amaq informasiya agentliyinə istinadən məlumat verir.
Xatırladaq ki, ötən gün Böyük Britaniyanın Parlament binası yaxınlığındakı Vestminster körpüsü üzərində baş verən silahlı insident nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb, 40 nəfər yaralı var. Araşdırmalar nəticəsində 8 nəfər polis tərəfindən saxlanılıb.
Mənbə:> Oxu.Az