Brüsseldəki partlayışlar nəticəsində ölənlərin sayı 34 nəfərə çatdı – YENİLƏNİB
Brüsselin beynəlxalq hava limanında daha bir partlayış baş verib.
Oxu.Az-ın məlumatına görə, bu barədə RİA Novosti yerli telekanallar istinadən xəbər verir.
Polis hücum edən şəxslərin birinin cəsədinin yanında Kalaşnikov avtomatı tapıb.
17:09
Belçika paytaxtı Brüsseldə törədilən partlayışlar nəticəsində ölənləri sayı 34 nəfərə çatıb.
Paytaxt Prokurorluğunun yaydığı xəbərə görə, Zaventem hava limanında 14, Malbeek metrostansiyasında isə 20 nəfər ölüb. Hadisə yerindən “Kalaşnikov” markalı silah tapılıb.
16:50
Brüsseldəki terror aktlarının məsuliyyətini İŞİD öz üzərinə götürüb.
Oxu.Az xarici KİV-ə istinadən bildirir ki, bu barədə terror qruplaşmasına yaxın olan “Amak” informasiya agentliyi məlumat yayıb.
İŞİD təmsilçiləri öz açıqlamalarında bu teraktların təffərrüatlarını nəinki gizlətməyiblər, əksinə Avropanı yeni terror aktları ilə hədələyiblər.
Mənbə:> Oxu.Az