İŞİD Rusiyada hücuma görə məsuliyyəti üzərinə götürüb
İŞİD terror təşkilatı Rusiya Milli Qvardiyasının Çeçenistanda yerləşən hərbi hissəsinə silahlı hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
AzNews.info Report-a istinadən xəbər verir ki, bu barədə “SITE Intelligence Group” təşkilatına istinadən “Frans Press” məlumat yayıb.
Cümə gününə keçən gecə altı silahlı şəxs Naurskaya stanitsasındakı hərbi hissəyə hücum edib. Terrorçuların hamısı öldürülüb. Bununla belə, qvardiyanın altı döyüşçüsü ölüb, daha 3 nəfəri yaralanıb.
Mənbə:> Report