Gədəbəy sakinini “tok” vurub öldürdü
Gədəbəy şəhərində cərəyanvurma hadisəsi baş verib.
"Report"un məlumatına görə, 1988-ci il təvəllüdlü yerli sakin Mehdiyev Mehdi İsmayıl oğlu yük avtomobilinin üzərindəki yükü düzəldən zaman ehtiyatsızlıqdan yüksəkgərginlikli elektrik xəttinə toxunub.
Nəticədə M.Mehdiyev hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:> Report