"Azərişıq" ASC-nin əməkdaşını tok vurub öldürdü » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Kriminal

"Azərişıq" ASC-nin əməkdaşını tok vurub öldürdü

"Azərişıq" ASC-nin əməkdaşını tok vurub öldürdü


Bakıda “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin işçisi elektrik cərəyanı vurması nəticəsində ölüb.

Yenicag.az xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib.

“Azərişıq” ASC-nin Nərimanov rayon Enerji Təchizatı və Satışı İdarəsində 4-cü dərəcəli usta işləyən, 1987-ci il təvəllüdlü Əliyev Ziyəddin Əhəd oğlu Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi 21 ünvanında yerləşən 220 saylı yarımstansiyanın qapalı paylayıcı bölməsinin elektrik yuvasında təmir və təmizlik işləri apararkən ehtiyatsızlıqdan açıq elektrik naqilinə toxunub.

Hadisə nəticəsində onu elektrik cərəyanı vurub öldürüb.

Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlayıb, istintaq aparılır.

Mənbə: Yeniçağ.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *