Astarada elektrik cərəyanı ata və oğulu öldürdü
Aprelin 1-də üç nəfər elektrik cərəyanı vurması nəticəsində ölüb.
Oxu.Az Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Astara rayonunun Nuyabud kəndində kənd sakinləri Əflatun Həkimov və oğlu Elson, Neftçala rayonunun Qaçaqkənd kəndində Lənkəran rayon sakini Zöhrab Cəfərov elektrik cərəyanı vurması nəticəsində ölüblər.
Araşdırma aparılır.
Mənbə:> Oxu.Az