Daha 4 kənd qazlaşdırıldı
Novruz bayramı günlərində Astara rayonunun Telman kəndinə, Zaqatala rayonunun Əliabad qəsəbəsinə, Lənkəran rayonunun Şıxakəran, Şabranın Pirəbədil kəndinə ilk dəfə olaraq təbii qaz verilib.
Bu barədə Oxu.Az-a Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.
Qeyd edək ki, SOCAR prezidenti Rövnəq Abdullayev Astara rayonunun Telman kəndində bildirib ki, ölkənin qazlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcək.
Mənbə:> Oxu.Az