Oğuzda qadını elektrik cərəyanı vurması nəticəsində ölüb
Oğuz rayonunda qadın elektrik cərəyanı vurması nəticəsində ölüb.
AzNews.info-nun Report-a istinadən verdiyi məlumata görə, hadisə rayonun Qarabaldır kəndində qeydə alınıb.
Belə ki, 1959-cu il təvəllüdlü Çimnaz Sədrəddin qızı Qafarova 10 min kvt-luq elektrik naqilinə toxunub və o, hadisə yerində keçinib.
Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.
Mənbə:> Report