Azərbaycanda 2 yaşlı uşaq faciəli şəkildə ölüb
Azərbaycanda 2 yaşlı qız elektrik cərəyanı vurması nəticəsində ölüb.
Oxu.Az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə iyulun 31-də Saatlı rayonunun Qara-Nuru kəndində qeydə alınıb.
Kənd sakini 2 yaşlı Ruqiyyə Məmmədova yaşadığı evin həyətində elektrik cərəyanı vurması nəticəsində ölüb.
Mənbə:> Oxu.Az