Sumqayıtda 5 yaşlı uşaq faciəvi şəkildə öldü
Sumqayıt şəhərində 5 yaşlı uşaq tok vurması nəticəsində faciəvi şəkildə dünyasını dəyişib.
ANS PRESS-in FHN-nin saytına istinadən verdiyi məlumata görə, 2010-cu il təvəllüdlü Şahmuradov Murad Vüqar oğlu yüksək gərginlikli elektrik şitinin qapısının açıq olması səbəbindən içəriyə daxil olub və tok vurması nəticəsində vəfat edib.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri cəlb olunub.
Xilasedicilər şitin içərisinə daxil olaraq Murad Şahmuradovun cəsədini çıxarıb aidiyyatı üzrə təhvil veriblər.
Mənbə:> ANSPRESS