Qazaxda balıq tutan şəxsi “tok” vurub öldürdü
Qazax rayonunda elektrik cərəyanı yerli sakini vuraraq öldürüb.
"Report"un məlumatına görə, rayonun Abbasbəyli kənd sakini, 1989-ci il təvəllüdlü Abdullayev Elmar Fərman oğlu elektrikli qurğu ilə göldə balıq tutan zaman cərəyan onu vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:> Report