Bakıda 48 yaşlı ustanı “tok” vurub öldürdü
Paytaxtda mənzil təmiri ilə məşğul olan ustanı elektrik cərəyanı vurub öldürüb.
Yerli KİV-in məlumatına görə, hadisə Suraxanı rayonunda baş verib.
Nərimanov rayon sakini, 1970-ci il təvəllüdlü Mərdanov Afər Avtandil oğlu Suraxanı rayonu, Bülbülə qəsəbəsində Hüseynov Nicat İslava oğluna məxsus yaşayış evinin damının qır örtüyünü təmir edərkən evin üzərindən keçən elektrik cərəyanı onu vurub.
O dərhal 5 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılsa da, həkimlər həyatını xilas edə bilməyiblər.
A.Mərdanov xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.
Mənbə:> Virtualaz.org