Balıq tutmaq üçün nohura elektrik buraxan şəxsi cərəyan vurdu » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Kriminal

Balıq tutmaq üçün nohura elektrik buraxan şəxsi cərəyan vurdu

Balıq tutmaq üçün nohura elektrik buraxan şəxsi cərəyan vurdu


Astara rayon sakinini elektrik enerjisi vurub.

Aznews.info Report-a istinadən xəbər verir ki, hadisə rayonun Şiyəkəran kəndi ərazisində baş verib.

Belə ki, həmin kəndin sakini, 49 yaşlı Rahim Baladadaş oğlu İmanov yüksək gərginlikli elektrik xəttinin cərəyan vurması nəticəsində Lənkəran Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb.

Xəstəxanadan bildirilib ki, həkimlərin ilkin müayinəsindən sonra ona bütün bədənin 2-3-cü dərəcəli elektrik yanığı diaqnozu qoyularaq reanimasiya şöbəsinə yerləşdirilib:

“Vəziyyəti ağır olduğundan Bakı şəhərinə göndərilməsi üçün hazırlıq görülür”.

Qohumları R.İmanovu ehtiyatsızlıq üzündən cərəyan vurduğunu bildirib:

“Onların ailəsinə məxsus balıq nohuru var. Həmin nohurda elektrik enerjisi ilə balıq ovlayan zaman ehtiyatsızlıqdan onu elektrik cərəyanı vurub”.

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *