Göygöl elektrik şəbəkəsinin işçisini cərəyan vurub öldürdü
Göygöl elektrik şəbəkəsinin işçisini cərəyan vuraraq öldürüb.
APA-nın verdiyi məlumata görə, hadisə Gəncə-Şəmkir avtomobil yolunun yaxınlığında baş verib.
Şəbəkənin elektriki, Gəncə şəhər sakini, 1969-cu il təvəllüdlü Abbasov Fariz Telman oğlu ərazidə iş görən zaman cərəyan onu vurub. O dərhal xəstəxanaya çatdırılsa da öldüyü məlum olub.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Mənbə:> APA