Rusiyadan Tailanda uçan təyyarə geri qayıtmalı oldu
Rusiyanın “Nordwind Airlines” aviaşirkətinə məxsus, İrkutsk şəhərindən Tailandın Pxuket adasına uçan təyyarə uçuşunu yarımçıq kəsib.
TASS agentliyi xəbər verir ki, buna səbəb təyyarənin mühərrikindən kənar səslərin gəlməsi olub.
İrkutsk hava limanında təkrar yerə enən təyyarənin göyərtəsində 430 sərnişin və 15 ekipaj üzvü olub. Onlardan heç biri xəsarət almayıb.
Turistlər Rostovdan şirkətə məxsus başqa təyyarənin gəlməsini və yollarına davam etməyi gözləyirlər.
Mənbə:> TASS