Rusiyaya məxsus sərnişin təyyarəsi ABŞ-da təcili eniş edib

Rusiyanın “Azur Air” aviaşirkətinə məxsus sərnişin təyyarəsi ABŞ-da təcili eniş edib.
RİA “Novosti” xəbər verir ki, insidentə təyyarənin mühərrikində yaranan problem səbəb olub.
Göyərtəsində 294 sərnişin və 14 ekipaj üzvü olan və Kubaya uçan təyyarə Atlantik-Siti hava limanına eniş edib. İlkin məlumata əsasən, hadisə nəticəsində zərərçəkən olmayıb.
Mənbə: Virtualaz.org