Pekin hava limanına geri qayıdan AZAL təyyarəsi uğurlu eniş edib
Pekindən Bakıya uçan “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus sərnişin təyyarəsi texniki səbəbdən “Şoudu” hava limanına geri qayıdıb.
Bu barədə Oxu.Az-a AZAL-ın mətbuat xidmətindən məlumat verilib.
Havaya qalxdıqdan sonra “Boeing 767” hava gəmisinin komandiri geri qayıtmağı qərara alıb və yanacaq sərf etdikdən sonra Bakı vaxtı ilə saat 23:28-də uğurlu eniş edib.
Təyyarənin göyərtəsində 170 sərnişin və 11 ekipaj üzvü olub. Eniş ştat rejimində başa çatıb.
Mənbə:> Oxu.Az