Yaponiyada güclü zəlzələ
Yaponiyanın Taneqasima adasında 6.3 bal gücündə zəlzələ baş verib.
Oxu.Az xəbər verir ki, bu haqda ABŞ geoloji xidmətinin saytında (USGS) məlumat yayılıb.
“Zəlzələnin episentri yerin 35 kilometr dərinliyində, Nisinomote yaşayış məntəqəsindən 16 km cənub-şərqdə qeydə alınıb”, - deyə məlumatda bildirilir.
İtkilər və dağıntılar barədə məlumat verilmir. Hələlik sunami təhlükəsi elan olunmayıb.
Mənbə:> Oxu.Az