Çində fövqəladə vəziyyət: onlarla qurban
Çinin Sintszyan-Uyğur muxtar rayonunda daşqınlar nəticəsində 20 insan həlak olub, 8 nəfər itkin düşüb.
Oxu.Az “RIA Novosti”yə istinadla xəbər verir ki, 5,5 min yerli sakin təhlükəsiz ərazilərə təxliyə edilib.
İyulun 31-də Sinçen kəndinə rekord miqdarda yağıntı düşüb. Nəticədə yaşayış məntəqəsi su altında qalıb.
Son məlumatlara görə, insan itkisi ilə yanaşı 8,7 mindən çox ev və müxtəlif tikili ziyan görüb.
Fövqəladə vəziyyətlə əlaqədar yerli hakimiyyət orqanları zəruri tədbirlər görürlər.
Mənbə:> Oxu.Az