BP-nin Xəzərdəki platformasında fövqəladə hadisə: bir nəfər itkin düşüb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

BP-nin Xəzərdəki platformasında fövqəladə hadisə: bir nəfər itkin düşüb

BP-nin Xəzərdəki platformasında fövqəladə hadisə: bir nəfər itkin düşüb

“Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda istismar olunan “Dərinsulu Günəşli” platformasındakı qazma podratçısının bir işçisi bu gün səhər saatlarında itkin düşüb.

Bu barədə yataqlarda hasilat işləri aparan beynəlxalq konsorsiumun əməliyyatçısı olan “BP-Azerbaijan” şirkətindən bildirilib.

Hadisənin təfərrüatları hazırda araşdırılır. “BP özünün qəzalara qarşı cavab tədbirləri qrupunu səfərbər edib və itkin düşmüş şəxsin tapılması üçün zəruri tədbirlər görür. Xəzər dənizində axtarış və xilasetmə resursları da hazırda səfərbər edilib".-şirkət bildirir.

Məlumata görə itkin düşən şəxsin ən yaxın ailə üzvləri və müvafiq hökumət orqanları bu barədə məlumatlandırılıb. "BP hadisə ilə bağlı cavab tədbirləri görmək üçün hökumət orqanları ilə sıx işləyir", - deyə məlumatda bildirilir.

İnsidentin hansı şəraitdə baş verdiyi açıqlanmır.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


  • #1
  • 8 noyabr 2016 17:20
  • Yazan: Rustam
Podratçı şirkətinin adı bilinmir?


Huquq meslehetxanasi

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *