Bakıda yanğın: 20 sakin təxliyə olundu » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Kriminal

Bakıda yanğın: 20 sakin təxliyə olundu

Bakıda yanğın: 20 sakin təxliyə olundu


Bakıda binada yanğın hadisəsi qeydə alınıb.

Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında ümumi sahəsi 80 kv.m olan 2 otaqlı mənzildə baş verib.

Nəticədə mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 15 kv.m sahədə yanıb.

Yanğın zamanı binada yaşayan 20 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 22:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *