Yasamalda döyülən sürücü qəza törətdi » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Foto

Yasamalda döyülən sürücü qəza törətdi – FOTO

Yasamalda döyülən sürücü qəza törətdi

Bakıda sükan arxasında döyülən sürücü qəza törədib.

AzNews.info Report-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib.

Belə ki, 1990-cı il təvəllüdlü Nurlan Həsənli idarə etdiyi 99-FD-939 dövlət qeydiyyat nişanlı, "Mercedes" markalı avtomobillə Akim Abbasov küçəsindən sağa - Şəfayət Mehdiyev küçəsinə dönən zaman avtomobildə tanışı olan bir qadın və bir kişi ilə mübahisə edib.

Mübahisə zamanı sürücü N.Həsənli döyülüb. Bu zaman N. Həsənli idarəetməni itirərək yol kənarında motosikletləri təmir edən 1992-ci il təvəllüdlü Hüseynov Röyal Rəcəb oğlunu vurub.

Daha sonra idarəetmədən çıxan avtomobil arxasında dayanan 1988-ci il təvəllüdlü Cəmiyev Elçin Yaşar oğlunu əzib. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, E.Cəmiyev koma vəziyyətindədir.

Avtomobildə olan N.Həsənliyə hadisə yerində ilkin tibbi yardım göstərilib.

Əraziyə cəlb edilən Yasamal Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünü və sərnişinləri saxlayıb. Araşdırma aparılır.

Yasamalda döyülən sürücü qəza törətdi
Yasamalda döyülən sürücü qəza törətdi
Yasamalda döyülən sürücü qəza törətdi
Yasamalda döyülən sürücü qəza törətdi
Yasamalda döyülən sürücü qəza törətdi
Yasamalda döyülən sürücü qəza törətdi
Yasamalda döyülən sürücü qəza törətdi

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *