Bakıda sürücü bıçaqlandı: Özünü xəstəxanaya çatdırarkən qəza törətdi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Foto

Bakıda sürücü bıçaqlandı: Özünü xəstəxanaya çatdırarkən qəza törətdi – FOTO

Bakıda sürücü bıçaqlandı: Özünü xəstəxanaya çatdırarkən qəza törətdi

Bakının Xəzər rayonununda bıçaqlanma hadisəsi baş verib.

AzNews.info musavat.com-a istinadən xəbər verir ki, Binə qəsəbəsi ərazisində taksi sürücüsü işləyən Fəxri Mirzəliyev tanışı ilə mübahisəsi edib.

Mübahisə sonradan davaya çevrilib və tanışı Fəxrini bıçaqlayıb. Hadisə zamanı Fəxrinin anası Elmira Mirzəliyeva da yanında olub. Bıçaqlanan Fəxri Mirzəliyev avtomobilinə əyləşərək özünü xəstəxanaya çatdırmaq istəyib. Lakin yaralı yolda qəza törədib. Binə qəsəbəsindən Aeroport yoluna daxil olan zaman huşunu itirən Fəxri idarə etdiyi “Kia” markalı avtomobili dəmir arakəsmələrə çırpıb. Fəxri Mirzəliyev qəza zamanı əlavə xəsarətlər də alıb. Avtomobildə olan Elmira Mirzəliyeva da zədələnib. Daha sonra Elmira Mirzəliyeva kürəkəninə zəng edərək onu hadisə yerinə çağırıb. Kürəkən qayın və qayınanasını xəstəxanaya çatdırıb. Bıçaq və sınıq xəsarətləri olan Fəxri Mirzəliyev əməliyyat olunub. Elmira Mirzəliyeva isə ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb. Hadisə barədə polisə məlumat verilib.

Faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.

Bakıda sürücü bıçaqlandı: Özünü xəstəxanaya çatdırarkən qəza törətdi
Bakıda sürücü bıçaqlandı: Özünü xəstəxanaya çatdırarkən qəza törətdi
Bakıda sürücü bıçaqlandı: Özünü xəstəxanaya çatdırarkən qəza törətdi

Mənbə: Musavat.com
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *