Bakıda yol polisi qəza törətdi » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Kriminal, Avto

Bakıda yol polisi qəza törətdi

Bakıda yol polisi qəza törətdi


Bakıda yol polisi əməkdaşı xidməti avtomobili ilə qəza törədib.

AzNews.info xəbər verir ki, APA-nın məlumatına görə, hadisə Sabunçu-Maştağa yolunda qeydə alınıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin inspektoru Elvin Qarayevin idarə etdiyi BMW markalı, 99 YP 357 dövlət nömrə nişanlı avtomobil Maştağa qəsəbə sakini Vahab Manafovun idarə etdiyi “VAZ-21015” markalı 90 NZ 885 dövlət nömrə nişanlı maşınla toqquşub.

Qəza nəticəsində “VAZ-21015”in sürücüsü və həmin avtomobildə olan sərnişin, 1989-cu il təvəllüdlü Dilqəm Manafov xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Qəza zamanı hər iki avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *