Bakıda qadın sürücü avtomobillə qəsdən adam vurdu
Bakıda qadın sürücü avtomobillə qəsdən adam vurub.
AzNews.info xəbər verir ki, Xətai rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini İlkin Şahbazov ərizə ilə polis idarəsinə müraciət edərək bildirib ki, sentyabrın 11-də Məhəmməd Hadi küçəsində avtomobillə hərəkət edən zaman eyni istiqamətdə hərəkətdə olan 1985-ci il təvəllüdlü Günel Mahmudova idarə etdiyi “Hyundai Sonata” markalı 90 SF 136 dövlət nömrə nişanlı avtomobillə qəza şəraiti yaratdığı üçün ona iradını bildirib.
Bu zaman onların arasında mübahisə baş verib və G. Mahmudova xuliqanlıq zəminində avtomobili İ. Şahbazovun üzərinə sürərək onu vurub.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:> APA