Zaqatalada yolun kənarı ilə gedən üç qızı maşın vurdu » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Kriminal, Avto

Zaqatalada yolun kənarı ilə gedən üç qızı maşın vurdu

Zaqatalada yolun kənarı ilə gedən üç qızı maşın vurdu


Zaqatalada üç nəfəri maşın vurub.

Oxu.Az xəbər verir ki, Zaqatala Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Muxax kəndində baş verib.

Rayonun Çobankol kənd sakini, 1994-cü il təvəllüdlü İlham Musa oğlu Kərimov idarə etdiyi “VAZ 21154” markalı, 62-BG-559 dövlət nömrə nişanlı avtomobillə Muxax kəndinin mərkəzi ilə hərəkətdə olarkən yolun kənarı ilə gedən piyadalar - rayonun Muxax kənd sakini, 1999-cu il təvəllüdlü Həlimə Murtuz qızı Abakarova, Bakı şəhər Qaradağ rayon sakinləri, 1995-ci il təvəllüdlü Tünzalə Əsəd qızı Əsədova və 2001-ci il təvəllüdlü Məryəm Qəmbər qızı İbrahimovanı vurub.

Xəsarət alan hər üç şəxs Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, xəsarət alanlardan H. Abakarova xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-stabil qiymətləndirilir.

T. Əsədova və M. İbrahimovanın xəsarətləri yüngül olduğundan onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *