16 yaşlı qıza ömürlük həbs cəzası verdilər
Böyük Britaniyada 16 yaşlı məktəbli Keti Ruf adlı 7 yaşlı uşağı uşaq meydançasında öldürüb. Virtualaz.org xəbər verir ki, bu barədə The Daily Mail məlumat yayıb.
O, uşağın sinəsinə bir neçə dəfə bıçqla zərbələri endirərək “onun robot olmadığına əmin olmaq istəyib”. Öz əlində qanı görüncə isə polisə və təcili yardıma zəng edərək baş verənlər haqqında məlumat verib. Həkimlər aydınlaşdırıblar ki, qızın ciddi psixoloji problemləri var.
O, qətl hadisəsi törətməmişdən bir neçə gün öncə qəribə səslər eşitdiyini bildirib. Ona elə gəlib ki, ətrafındakılar hamısı robotdur. Qız hətta bu barədə bloqunda da yazaraq kömək istəyib, lakin heç kim ona əhəmiyyət verməyib. 16 yaşlı yeniyetmə etiraf edib ki, depressiyadan əziyyət çəkir.
Qətl hadisəsi törətdiyinə görə məktəbliyə ömürlük həbs cəzası verilib. Amma o yalnız 5 ildən sonra apellyasiyaya müraciət edə bilər. Azyaşlının dinləmələr zamanı heç bir ifadə vermədiyi bildirilir.
Mənbə:> virtualaz.org