Məhkəmə qatil-dayəni cinayət məsuliyyətindən azad etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Kriminal

Məhkəmə qatil-dayəni cinayət məsuliyyətindən azad etdi

Məhkəmə qatil-dayəni cinayət məsuliyyətindən azad etdi

Moskvanın Xoroşevski məhkəməsi dörd yaşlı qızın qətlində ittiham edilən dayə, əslən Özbəkistandan olan Gülçöhrə Bobokulovanı cinayət məsuliyyətindən azad edərək, məcburi psixiki müalicəyə göndərib.

Oxu.Az bu barədə RİA “Novosti”yə istinadən xəbər verir.

İstintaqın məlumatına görə, qəddar qətl Moskvada fevral ayında baş verib. Özbəkistandan olan dayə Gülçöhrə Bobobkulova qızcığazın valideynlərinin böyük övladları ilə evdən çıxmalarını gözləyib, daha sonra dörd yaşlı uşağı öldürüb və evi yandırıb. Şahidlərin sözlərinə görə, qadın saxlanılana qədər uşağın kəsilmiş başını əlində gəzdirərək özü-özü ilə danışıb, yoldan keçənlərə və polisi hədələyib.

Cinayət işi çərçivəsində kompleks psixoloji-psixiatrik ekspertiza aparılıb, ekspertizanın nəticələrinə görə, 39 yaşlı Bobokulovanın xroniki psixi çatışmazlıqdan əziyyət çəkir.

Bobkulovaya qarşı “Azyaşlının qətlə yetirilməsi”, “Başqasının əmlakına ziyan vurma” və “Partlayış haqqında yanlış məlumat vermə” maddələri üzrə ittiham irəli sürülüb. Onun tərcüməçisi qadının uşağı qətlə yetirdiyini etiraf etdiyini bildirib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *