Moskva müftisi: Qatil dayəni islamla əlaqələndirmək olmaz
4 yaşlı qızın Moskvanın şimali-qərbində qətli islam və müsəlmanlarla asossiasiya edilməməlidir.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Moskva müsəlmanlarının dini idarəsinin sədri, Moskvanın baş məscidinin imamı İldar Alyutdinovun bəyanatında deyilir.
“Söhbət tamamən qeyri-adekvat insandan gedir, ona görə də geyimlə bağlı və ya hansısa şüarlarla bağlı davranışı islam və müsəlmanlarla əlaqələndirmək olmaz”, - Moskvanın müftisi bildirib.
İldar Alyutdinov qətlə yetirilən qızın yaxınlarına başsağlığı verib və bəyan edib ki, “hər müsəlman bu faciəni öz dərdi kimi qəbul edir”.
Mənbə:> Oxu.Az