Ərdoğan: "Onların islamla əlaqəsi yoxdur"
Terrora qarşı mübarizədə ayrı-seçkilik edilməməlidir. “PKK terror qruplaşmasıdır, amma PYD yox” deyə bilməzsiniz.
Axar.az xəbər verir ki, bu sözləri Çilidə səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“PKK, PYD, DHKP-C və İŞİD–ə qarşı eyni şəkildə mübarizə aparırıq. Başqa ölkərin də bu mübarizəyə qoşulmasını istəyirik. “PKK terror qruplaşmadır, PYD deyil” deyə bilməzsiniz. İslam dinini heç kim terrorla yanaşı qoya bilməz. İŞİD-in yaxından-uzaqdan islam dini ilə əlaqəsi yoxdur. Onlar islama zərər verirlər. İslama düşmən olan bir qruplaşmadır”, - Ərdoğan vurğulayıb.
Mənbə:> Axar.az