Əlində kəsilmiş uşaq başı tutan hicablı qadın saxlanıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Əlində kəsilmiş uşaq başı tutan hicablı qadın saxlanıldı – YENİLƏNİB + FOTO+VİDEO

Əlində kəsilmiş uşaq başı tutan hicablı qadın saxlanıldı

Kimliyi müəyyən edildi.

Moskvada uşağın başını kəsmiş dayənin kimliyi müəyyən edilib.

Oxu.Az “Moskovski komsomolets”ə istinadən xəbər verir ki, bu əslən Özbəkistanın Səmərqənd vilayətindən olan 38 yaşlı Gülçöhrə Bobokulovadır.

Gülçöhrə Bobokulovanın Rusiyada qanunsuz işlədiyi bildirilir.

Qeyd edək ki, Bobokulova 4 yaşlı qızı öldürdükdən sonra onun başını kəsib və “Narodnoye Opolçeniye” küçəsində yerləşən mənzili yandırıb. Daha sonra əlində uşağın kəsilmiş başı ilə “Oktyabrskoe pole” metrostansiyasına gedərək ətrafdakıları özünü partladacağı ilə hədələyib. Bobokulovanı polis əməkdaşları saxlayıb.

14:29

Moskvada mənzildə yanğından sonra başsız bədəni tapılan uşağın qətlində şübhəli bilinən qadın metrostansiya yaxınlığında saxlanılıb.

Lenta.ru xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Moskva üzrə rəsmi nümayandəsi Yuliya İvanova bildirib.

“Moskvanın “Oktyabrskoye pole” metrostansiyası yaxınlığında uşağı qətlə yetirməkdə şübhəli bilinən dayəsi saxlanılıb”, - İvanova bildirib.

Uşağın kəsilmiş başı əlində olan hicablı qadın ətrafdakıları özünü partlatlmaqla hədələyib.

Yanğın fevral ayının 29-da Narodnoe Opolçenie küçəsində yerləşən hündürmərtəbəli binada səhər saatlarında baş verib. Yanğınsöndürənlər alovu dəf ediblər. Dörd nəfər xilas edilib. Hadisə yerində tapılmış başı kəsilmiş uşağın 3-4 yaşı olub.

İlkin məlumata görə, uşaq öldürülüb, mənzil isə bilərəkdən yandırılıb. İstintaq Komitəsi baş verənlərə dair araşdırmaya başlayıb.
Əlində kəsilmiş uşaq başı tutan hicablı qadın saxlanıldı



Mənbə: Lenta.ru
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *