Bakıda reklam lövhəsi quraşdıran fəhlə krandan yıxıldı
Bu gün paytaxtın Nəsimi rayonu ərazisində bədbəxt hadisə baş verib.
Lent.az bildirir ki, Həsən Əliyev və Səməd Vurğun küçələrinin kəsişməsində reklam lövhəsini yeniləyən fəhlə krandan yaxılıb. Ağır vəziyyətdə olan 25-30 yaşlı fəhlə təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə aparılıb.
Hadisə yerinə polis əməkdaşları gəlib, araşdırma aparılır.
Mənbə:> Lent.az