Fəhlə binadan yıxıldı
Ötən gün Bakının Binəqədi rayonunda fəhlə iş başında ölüb. Bakı şəhər Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, “Şərur” Mənzil-Tikinti Kooperativi tərəfindən Binəqədi rayon ərazisində inşa edilən tikintinin 3-cü mərtəbəsindən orada fəhlə işləyən 1994-cü il təvəllüdlü Nahid Əliyevin yıxılaraq aldığı xəsarətlərdən ölüb.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə müvafiq ekspertizalar təyin edilmiş, digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Mənbə:> ANSPRESS