Bakıda fəhlə faciəvi şəkildə öldü
Bakıda fəaliyyət göstərən şirkətlərdən birində faciəli hadisə baş verib.
AzNews.info xəbər verir ki, Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə “Azərtrans” MMC-nin ərazisində qeydə alınıb.
Neftçala sakini, 1983-cü il təvəllüdlü Nahid Quliyev idarə etdiyi, şirkətə məxsus “QAZ-53” markalı yük maşınını arxaya verərkən orada fəhlə işləyən, 1993-cü il təvəllüdlü Azər Şadman oğlu Kazımov maşının altında qalaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:> APA